Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:43

-

Böyük Azərbaycan şari Hüseyn Cavidin "Peyğəmbər" poeması fars dilinə çevrilib.

Bu barədə Azadlıq Radiosunun "Oxu zalı"na H.Cavidin Ev Muzeyindən məlumat veriblər.

Əsəri fars dilinə İran Azərbaycanının Urmiyə şəhərindən olan tədqiqatçı və şair Əkbər Həmidi Əlyar tərcümə edib və Ev Muzeyinə hədiyyə edib.

Hüseyn Cavidin Ev Muzeyini ziyarət edən Əkbər Əlyar bildirib ki, yaxın dövrlərdə ölməz şairin əsərlərinin külliyyatını fars dilinə tərcümə edəcək.

Bu, H.Cavidi İranda daha geniş tanıdacaq və bir çox tədqiqatçılara onun əsərlərini araşdırmaq imkanı verəcək.

Əkbər Əlyar Hüseyn Cavidin Ev Muzeyində

Əkbər Əlyar Hüseyn Cavidin Ev Muzeyində

Günün bütün mövzuları

XS
SM
MD
LG