Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:32

Azərbaycan Naxçıvana verilən təbii qazın həcmini artırmaq niyyətindədir və mavi yanacağın İran ərazisindən nəqli üçün bu ölkənin müvafiq qurumlarına müraciət edib.

Bu barədə İRNA xəbər agentliyinə müsahibəsində İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əli Məcidi məlumat verib.

Nazir müavini bildirib ki, bu məsələ ilə əlaqədar tərəflər arasında görüşün keçirilməsinə hazırlıq görülür. İran Azərbaycanın müraciətinə müsbət cavab verəcək. Hazırda Azərbaycan İran üzərindən Naxçıvana 1 milyard kubmetrə yaxın qaz nəql edir.

İran üzərindən Naxçıvana qazın nəql edilməsi haqqında tərəflər arasında 2005-ci ildə müqavilə imzalanıb. Sənədə əsasən Azərbaycan 25 il müddətində İran ərazisindən istifadə edərək Naxçıvana istənilən həcmdə təbii qaz nəql edə bilər. Ötən il bu marşrutla Naxçıvana 424 milyon kubmetr qaz nəql olunub. /AzərTac/

Günün bütün mövzuları

XS
SM
MD
LG