Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:42

Avqustun 13-də Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə ilahiyyatçı Tale Bağırovu 4 ay azadlıqdan məhrumetmə cəzası verib.

Məhkəmədən «Turan»a verilən məlumata görə,Taleh Bağırov Cinayət məcəlləsinin 317-1(cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi) maddəsi ilə ittiham olunub.

Onun kamerasından mobil telefon tapılıb.

İlahiyyatçı Tale Bağırov martın 31-də tutulub. Dörd ay əvvəl azadlığa çıxmış ilahiyyatçı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq, narkotik vasitə saxlamada ittiham olunur.

Sabunçu rayon Məhkəməsi Taleh Bağırov haqqında iki aylıq həbs qətimkan tədbiri seçib.

Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsi Sabunçu rayon Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib.

Noyabrın 1-də Sabunçu rayon Məhkəməsi Tale Bağırov barəsində 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu qərarla da ona verilən həbs müddəti 2 il 4 ay olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG