Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:44

-

Dünyanın ən məşhur qadın müğənnilərindən biri olan Kanadalı superulduz Celine Dionn şou biznesdəki fəaliyyətini qeyri-müəyyən müddətə dayandırır.

Celine Dion Las Vegas şousunu, həmçinin payıza elan olunan Asiya turunu da ləğv edib.

Dion deyib ki, o bütün diqqətini özünün və həyat yoldaşının səhhətində cəmləyəcək.

O deyib:”Mən öz gücümün və enerjimin hər qramını ərimin müalicəsinə həsr etmək istəyirəm. İndiki vaxtı ərimə və uşaqlarıma həsr etməyim mənim üçün vacibdir”

Celine Dionun həyat yoldaşı Rene Angelil dekabrda xərçəng xəstəliyi ilə bağlı əməliyyat olunub.

Dionun isə boğaz əzələlərində iltihab onu oxumağa qoymur. Dion iyulun 29-dan Las Vegasda konsert verə bilmir.

Dion deyib ki, ərinin xəstəliyi ilə mübarizə aparmaq və 3 uşaq böyütmək şou biznesinin qrafiki ilə çox çətindir və streslidir.

Dion özünün bütün pərəstişkarlarından eyni zamanda həm üzr istəyir, həm də onlara sevgilərinə və dəstəklərinə görə təşəkkür edir.

Dünyada Dionun 200 milyondan çox diski satılıb.

Onun əri Rene isə vaxtilə - hələ Dionla evil olmayanda və onun prodüseri olanda Dionun ilk diskinin çıxması üçün öz evini girov qoymuşdu.

Celine Dion bir oğluna Nelson Mandelanın şərəfinə Nelson adını qoyub.

XS
SM
MD
LG