Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48

«Hirkan»da yenə yanğın olub


-

Avqustun 13-də Lənkəran rayonu Şovu kəndindəki «Hirkan» Milli Parkının ərazisində yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) apa-ya verilən məlumata görə, yağının səbəbi hələlik məlum deyil.

Yanğının söndürülməsinə ETSN əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və helikopteri cəlb olunub.

Məlumata görə, ərazi dağlıq sahə olduğundan ETSN-in əməkdaşları yanğının qarşısının alınması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Yanğın 40 sota yaxın sahəni əhatə edir.

«Hirkan» Milli Parkında avqustun 8-də də yanğın olmuşdu. Bir neçə saatlıq yanğını yanğınsöndürənlər dəf edə bilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG