Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:50

-

"Qanun" nəşriyyatından 3 yeni kitab gəldi.

Alexandre Dumas. QAFQAZ SƏFƏRİ

Bu kitaba dünya şöhrəli fransız yazıçısı Alexandre Dumas-nın (ata) – “Qafqaz səfəri” yol qeydlərinin Azərbaycanla bağlı olan hissələri daxil edilib.

Yazıçı-səyah keçən əsrin ortalarında Azərbaycana gəlmiş, yerli xalqın tarixi, adət-ənənələri, maraqlı şəxsiyətləri haqqında öz təəssüratlarını qələmə almışdır.

Tərcümə: Qəzənfər Paşayev
Həmid Abbasov

Lev Trotsky. GÜNDƏLİKLƏR VƏ MƏKTUBLAR

Bu nəşrə Trotsky-nin 1926-1940-cı illərdə yazdığı bütün gündəlikləri və gündəlik xarakterli qeydləri, eləcə də məktublar, teleqramlar, ərizələr, məqalələr, ölümündən bir az əvvəl yazdığı vəsiyyətnaməsi daxil edilib.

Bütün materiallar Qərbin üç böyük arxivindən: ABŞ-ın Harvard və Stenford universitetlərinin, Amsterdam Beynəlxalq Sosial Tarix İnstitutunun arxivlərindən götürülüb.

Tərcüməçilər: Təhminə Bədəlova, Həbib Həbiboğlu

Aqatha Cristie. ON ZƏNCİ BALASI

Kiçik bir ada və bir-birini tanımayan on qonaq…

Naməlum ev sahibi…

Bəs görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir?

Qonaqların bunu araşdırmağa isə vaxtı qalmır. Patefon valından növbəylə səslənən ittihamlar bütün qonaqlar sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur…

Tərcümə: İlqar Fəhmi

Günün bütün mövzuları

XS
SM
MD
LG