Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:56

Yezidi kürdlər Ermənistanda və Gürcüstanda nümayiş keçirir


Ermənistanda və Gürcüstanda yerli yezidi kürdlər İraqdakı vəziyyətlə bağlı avqustun 13-də Yerevanda və Tbilisidə yürüşlər keçirəcək.

Nümayişlərdə İraqdakı yezidi kürdlərə dəstək veriləcək.

İraqda Sincar dağına qaçan minlərlə yezidi kürdün ərzaq və suyu çatışmır. İraq İslam Dövləti yaraqlıları onlara islamı qəbul etməyi ya da ölməyi təklif edir.

Yerevanda yezidi kürdlər Ermənistanın baş nazirinin müavini Armen Gevorgianla görüşüb. O, İraqda Sincar dağına sılğınan yezidi kürdlərə Ermənistanın maliyyə yardımı göstərdiyini təkrar edib. Ermənistan yezidi kürdlərə 50 min dollar yardım ayırıb.

Yezidi kürdlər Ermənistan hökumətindən xahiş ediblər ki, İraqda İslam Dövləti yaraqlılarının yezidi kürdlərə hücumunu soyqırım adlandırsın.

Yezidi kürdlər xahiş ediblər ki. Ermənistana gəlib sığınacaq almaq istəyən yezidi kürdlərə viza verilsin.

Ermənistanda 40 min yezidi kürd yaşayır.

Gürcüstanda yezidi kürdlərin sayı 20 mindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG