Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:12

-

Avqustun 15-də Müasir İncəsənət Mərkəzinin sərgi salonunda «Karikatura müsabiqəsi» layihəsinin yekun sərgisi təşkil olunacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, layihə Prezident yanında Gənclər Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsinin qalibi olub.

Layihənin məqsədi Azərbaycan incəsənətinin karikatura və rəsm sənəti sahəsinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların tapılıb üzə çıxarılmasını və tanıdılmasını, digər tanınmış rəssam və yaradıcı insanlarla əlaqələrin yaradılması və möhkəmlənməsini təmin etməkdir.

Layihənin rəhbəri Roza Əliyevadır.

Layihənin ilk mərhələsində gənc karikaturaçı-rəssamlar açıq havada canlı karikaturalar çəkiblər. Layihənin ikinci hissəsində həmin rəsmlərdən ibarət sərgi təşkil olunacaq.

Layihədə 30-a yaxın rəssam iştirak edib.

Üç gün davam edəcək sərgiyə hər rəssam ən çoxu 3 işlə qatılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG