Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Amnesty İnternational Leyla Yunusun dərhal azad olunmasına çağırır


Amnesty İnternational təşkilatının avqustun 12-də verdiyi bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti şəkər xəstəliyi və böyrək çatışmazlığı ilə bağlı Leyla Yunusa tibbi yardım göstərməkdən və ya dərman verməkdən imtina edir.

Amnesty İntetrnational bildirir ki, 57 yaşlı Leyla Yunus ağrılardan və zəiflikdən çşikayətlənir, ancaq həbsxana rəhbərliyi onu xəstəxanaya köçürmür.

Amnesty İnternational Leyla Yunusun dərhal və şərtsiz azad olunmasına çağırır.

Leyla Yunusa həbsxanaya dərman gətirən həyat yoldaşı , politoloq Arif Yunus da həbs olunub.

Leyla Yunus vətənə xəyanətdə, qanunsuz biznes fəaliyyətində, sənəd saxtalaşdırmada ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG