Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

Yatsenyuk Rusiyanın humanitar yardımını "sinizm",Avakov "təxribat" adlandırır


Ukraynanın baş naziri Yatsenyuk Rusiyanın humanitar yardım göndərməsini sinizm adlandırıb.

O deyib ki, Ukrayna humanitar yardımı yalnız Qızıl Xaç təşkilatından ala bilər.

Daxili işlər naziri Avakov Facebookda yazıb ki, Putinin heç boir konvoyuna Xarkovdan keçməyə icazə verilməyəcək. Avakov yazır ki,”bizim torpağın sinik təcavüzkarının təxribatı qəbul edilməzdir”.

Rusiya bildirir ki, humanitar yardım karvanı Ukrayna ilə razılaşdırılıb.

300-ə qədər yük maşını Ukrayna sərhəddinin 300 km-liyindədir.

Rusiya bildirir ki, həmin yük maşınlarında 2 min ton ərzaq, işıq generatoru və insanların ehtiyacı olduğu digər mallar var.

XS
SM
MD
LG