Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:58

John Kerry: Vaşinqton İraqda köməksiz qalanların evakuasiyasını təşkil edə bilər


John Kerry

John Kerry

-

ABŞ-ın dövlət katibi John Kerry bəyan edib ki, Vaşinqton İraqın şimalında dağlarda köməksiz qalan bir neçə min insanın evakuasiyasını təşkil edə bilər.

Dövlət katibi deyib ki, hazırda ABŞ islamçıların hücumundan sonra evlərini tərk edən insanların necə xilas edilməsi üçün təcili tədbirlər görməkdədir.

BMT-nin məlumatına görə, əsasən yezid və xristian icmaları olan 30 minə yaxın adam Sincar dağında sığınacaq tapıb.

Avqustun 12-də qaçqınlara humanitar yardım aparan vertolyot Sincar rayonu ərazisində qəzaya uğrayıb. New York Times-ın yazdığına görə, qəzada pilot, İraq parlamentinin deputatı və qəzetin əməkdaşı həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG