Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:27

Maştağada yol qəzasında ölənlərin sayı 4-ə çatıb


Ötən gecə Bakının Maştağa qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi «VAZ-2107» markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı «KamAZ» markalı yük maşınına çırpıb.

Nəticədə sürücü S. Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Bu günsə «VAZ-2107»də olan, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən iki sərnişin vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG