Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Cavad Heyət vəfat edib


Cavad Heyət
Cavad Heyət

-

Tanınmış azərbaycanlı cərrah və ədəbiyyatşünas, professor Cavad Heyət vəfat edib. Azərbaycan Yazıçılar Birliyindən APA-ya verilən məlumatına görə, o, avqustun 12-də səhər saatlarında dünyasını dəyişib.

Mərhumun ailəsindən verilən məlumata görə, hazırda vida mərasimi və dəfn məsələsi ilə bağlı danışıqlar aparılır:

«Bakıda, yaxud Təbrizdə dəfn olunacağı hələlik dəqiqləşməyib. Vida mərasimi sabah ya Elmlər Akademiyasında, ya da Əlyazmalar İnstitutunda keçiriləcək. Dəfn və vida mərasimi dövlət səviyyəsində təşkil olunacaq. Bu gün günortadan sonra hər şeyi dəqiqləşdirib məlumat verəcəyik».

Cavad Heyət bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, pnevmoniya diaqnozu ilə müalicə olunurdu.

C. Heyət Tehrandan Bakıya ötən ayın sonlarında gəlib. Onun səhhəti Bakıda pisləşib.

1925-ci il mayın 24-ü Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb.

Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur.

Cavad Heyət həmçinin «Varlıq» dərgisinin təsisçisidir. O, 26 ildən artıqdır ki, türk və fars dillərində yayılan bu ədəbi-mədəni dərgini nəşr etdirir.

Cavad Heyət filologiya və türkologiya sahəsində «Azərbaycan ədəbiyyat tarixinə bir baxış», «Azərbaycan şifahi xalq ədəbiyyatı», «Türk dili və ləhcələrinin tarixi», «İki dilin müqayisəsi» kitablarının müəllifidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG