Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:50

Cavad Heyət vəfat edib


-

Tanınmış azərbaycanlı cərrah və ədəbiyyatşünas, professor Cavad Heyət vəfat edib. Azərbaycan Yazıçılar Birliyindən APA-ya verilən məlumatına görə, o, avqustun 12-də səhər saatlarında dünyasını dəyişib.

Cavad Heyət bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, pnevmoniya diaqnozu ilə müalicə olunurdu.

C. Heyət Tehrandan Bakıya ötən ayın sonlarında gəlib. Onun səhhəti Bakıda pisləşib.

1925-ci il mayın 24-ü Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb.

Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur.

Cavad Heyət həmçinin «Varlıq» dərgisinin təsisçisidir. O, 26 ildən artıqdır ki, türk və fars dillərində yayılan bu ədəbi-mədəni dərgini nəşr etdirir.

Cavad Heyət filologiya və türkologiya sahəsində «Azərbaycan ədəbiyyat tarixinə bir baxış», «Azərbaycan şifahi xalq ədəbiyyatı», «Türk dili və ləhcələrinin tarixi», «İki dilin müqayisəsi» kitablarının müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG