Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:55

İlqar Məmmədov və Tofiq Yaqublunun apellyasiya məhkəməsi keçirilib


-
Avqustun 12-də Şəki Apellyasiya Məhkəməsi Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, REAL Hərəkatının sədri İlqar Məmmədov və 8 nəfər digər İsmayıllı məhbusunun şikayətinə baxıb.

Bu haqda AzadlıqRadiosuna REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli məlumat verib.

Hakim instansiya məhkəməsinin təqsirləndirilən şəxslər haqqında çıxardığı qərarın ləğv olunması ilə bağlı müdafiə tərəfinin təqdim etdiyi vəsatəti qəbul etməyib.

Şahidlərin yenidən dindirilməsi ilə bağlı digər vəsatət qismən təmin olunub.

Növbəti məhkəmə prosesi avqustun 13-ə təyin olunub.

2013-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı iğtişaşlarında ittiham olunan 18 nəfərə hökm oxunub.

REAL hərəkatının lideri İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il, digər 8 nəfər isə 8 ilədək azadlıqdan məhrum edilib.

İlqar Məmmədov və Tofiq Yaqublu həbslərini siyasi sifariş sayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG