Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:51

Ədliyyə Nazirliyi hüquq müdafiəçilərinin saxlanma şəraiti ilə bağlı məlumat yayıb


-

Ədliyyə Nazirliyi Penitensiar Xidməti hüquq müdafiəçiləri – İntiqam ƏliyevLeyla Yunusun Bakı İstintaq Təcridxanasında saxlanma şəraiti ilə bağlı bəyanat yayıb.

Xidmətin saytında yerləşdirilən bəyanatda bildirilir ki, hər iki şəxsin saxlanma şəraitinin pis olması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil:

«Hər iki şəxsin saxlanma şəraiti ilə bağlı narazılıqları əsassızdır. Müasir standartlara uyğun inşa edilmiş Bakı İstintaq Təcridxanasındakı kameralarda hava çatışmazlığı ilə bağlı problem yoxdur. Bununla yanaşı, hər iki təqsirləndirilən şəxs gəzinti hüququndan istifadə edir. İntiqam Əliyev və Leyla Yunus digər qanunda nəzərdə tutulan bütün hüquqlardan tam həcmdə istifadə etməkdədirlər. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri hər iki şəxsin tibbi müayinədən keçirilməsini təmin edib».

Avqustun 12-də vəkil Anar Qasımlı İntiqam Əliyevin saxlanma şəraitinin yaxşı olmadığı haqda məlumat yayıb. Leyla Yunus da kütləvi informasiya vasitələrinə göndərdiyi məktubda saxlanma şəraitindən şikayət edib.

XS
SM
MD
LG