Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01

Mübariz Qurbanlı Xaçmazda dini icma nümayəndələri ilə görüşüb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı

Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xaçmazda bölgədəki dini icmaların nümayəndələri ilə görüşüb.

Bu barədə Komitənin internet səhifəsində məlumat verilib.

Məlumatda deyilir ki, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında keçirilən tədbirdə çıxış edən Komitə sədri müstəqilliyin bərpasından sonra xalqın öz milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirib. Mübariz Qurbanlı bildirib ki, hazırda Azərbaycanda dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var.

Çıxışlarda müxtəlif dini konfessiyaların yaşadığı şimal bölgəsində icmalar arasında tolerant münasibətlərin olduğu vurğulanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG