Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

-

«Emin ən yüksək balla Bakı Musiqi Akademiyasının tələbəsi olub».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına gənc müğənni Emin Eminzadənin atası Xəzər Emin söylədi.

İKİNCİ XOŞ XƏBƏR: EMİN ABŞ-A GEDİR!

Ata Eminin həyatında ikinci bir xoş xəbərin olduğunu da bildirdi:

«İnanıram ki, Emin öz üzərində bundan sonra da ciddiyyətlə işləyəcək. Çünki eyni vaxtda ikinci xoş xəbər də aldıq. ABŞ Dövlət Departamenti tərəfindən keçirilən FLEX proqramına qatılan Emin 1800 abituriyentin içindən seçilərək 30 nəfərdən biri oldu. Odur ki, Emin ayın sonunda ABŞ-a yola düşür. Bir il sonra yenidən Bakı Musiqi Akademiyasında təhsilini davam etdirəcək. Şübhəsiz, ABŞ-da Emin musiqi karyerasının güclənməsi üzərində də əmək sərf edəcək. Artıq internetlə yazışmalar aparıb, orada il ərzində keçiriləcək müsabiqələrin proqramlarını əldə edib».

BİRİLLİK ABŞ HƏYATI EMİNƏ XEYİR GƏTİRƏCƏK

Xəzər bəyin fikrincə gənc sənətçinin püxtələşməsi bir sıra amillərdən asılıdır:

«Dünyagörüşü, beynəlxalq arenaya çıxması üçün xarici dövlətlərdə iştirakı və yaxşı təhsil alması çox önəmlidir. Bu baxımdan birillik Amerika həyat tərzi və təhsili Eminə çox kömək edəcək».

BU YAY UĞURLU OLUB

Xəzər bəy Eminin ilk yay uğurlarından da danışdı:

«İyunda Hollandiyanın Rotterdam şəhərində keçirilən «Multifestival Europe-2014» adlı beynəlxalq festival-konsertdə çıxış etdi. «Ahoy Arena»da keçirilən festivala bütün türkdilli dövlətlərin nümayəndələri qatılmışdı. Tədbirin açılışını Emin etdi və «Sarı gəlin»i oxudu. Müslüm Maqomayevin «Azərbaycan» əsərini və son albomundan bir neçə mahnı ifa etdi. Rotterdam bələdiyyəsinin xüsusi təşəkkürnaməsinə layiq görüldü, həm də laureat oldu. Den Haaq şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış abidəni də ziyarət etdi. İyulda isə Emin müəllimi Robertino Loretti ilə Beynəlxalq Muğam Mərkəzində konsert verdi. Hətta Loretti bu gəlişində də Eminə ustad dərsi keçdi».

TƏBRİKLƏR!

AzadlıqRadiosunun «İz» mədəniyyət proqramı Emin Eminzadənin uğurlarına sevinir və onu təbrik edənlərə qoşulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG