Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Allahşükür Paşazadədən Ərdoğana təbrik


Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Məktubda deyilir:

«Bu qələbənin qürur və şərəfini yaşamağa tam haqqınız vardır. Sizin, xalq tərəfindən seçilmiş ilk Türkiyə Prezidenti olmanızla dövlətinizin tarixində yeni dönəmin başlanğıcı qoyuldu. Əminəm ki, Türkiyənin XII Prezidenti olaraq Türkiyə xalqının rifah və tərəqqisi, dünya miqyasında mövqelərinin güclənməsi yolunda görəcəyiniz işlər möhtəşəm olacaqdır, inşallah!

Möhtərəm və əziz qardaşım! Bu böyük uğurdur. Bu, Türkiyə Cümhuriyyəti ilə əbədi və qırılmaz tellərlə bağlı olan, «bir millət, iki dövlət» olan Azərbaycanın da uğurudur» deyə müraciətdə bildirilir.

Avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərində Recep Tayyip Erdoğan səslərin 52 faizini toplayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG