Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

Avropa Birliyi bildirir ki, Rusiyanın humanitar yardımı yoxlanmalıdır


Avropa Birliyinin humanitar yardım üzrə rəhbəri bildirib ki, Rusiyanın Ukraynaya göndərdiyi yardımlar yoxlanmalıdır. Onları Qızıl Xaç həmin yük maşınların boşaldıb, başqa maşınlara yükləməlidir.

Rusiya avqustun 12-də 280 yük maşını ilə Ukraynanın şərqinə humanitar yardım yola salıb. Ancaq Ukrayna bunu ölkəyə buraxmayacağını bildirir.

Avropa Birliyinin humanitar yardım komissarı Kristalina Georgieva deyib ki, “humanitar yardım göndərən bir sıra prinsiplərə cavab verməlidir: onun burda marağı olmamalıdır, neytral, tərəfsiz, müstəqil olmalıdır.Siyasi məqsədləri olmamalıdır. Humanitar yardımın məzmunu məhz belə olmalıdır”.

Avropa Komissiyası avqustun 12-də bildirib ki, Ukraynaya humanitar yardıma 2,5 milyon avro verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG