Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:03

II İlya Allahşükürə ad günü keçirəcək


Şeyxülislam Allahşükür Paşazadə

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 65 illiyini Tiflisdə qeyd edəcək.

Bu barədə İdarənin internet səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunur ki, onu Gürcüstanın Katolikosu Patriarxı II İlya səfərə dəvət edib.

Avqustun 29-da nəzərdə tutulan səfərin məqsədi Şeyxülislam A. Paşazadənin anadan olmasının 65-ci ildönümünün Gürcüstanda qeyd edilməsidir.

Bu münasibətlə Tiflisdə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG