Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:26

İranlı iş adamları üçün Azərbaycan vizası sadələşdirilib. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Mohsen Pakayin deyib.

Səfir Trendə müsahibəsində bu razılaşmanın Azərbaycan-İran hökümətlərarası komissiyanın avqustun 6-da Bakıda keçirilən 9-cu iclasında əldə olunduğunu deyib.

Səfir bildirib ki, İranın Ticarət Palatası və Xarici İşlər Nazirliyinin təqdimatı ilə iranlı tacirlər və iş adamlarına Azərbaycana səfər etmək üçün bir neçə dəfəlik viza veriləcək.

Diplomatın sözlərinə görə, əldə olunan razılığa görə, iranlı turistlər üçün də güzəştlər tətbiq olunacaq.

«İranlı turistlər Naxçıvan Muxtar Respublikasına səfər etmək üçün elə sərhəd keçid məntəqələrindəcə viza ala bilərlər və onların viza üçün ödənişlərinin məbləği də aşağı salınıb».

Hazırda Azərbaycan vətəndaşları İrana vizasız səfər edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG