Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:27

«Hazırkı tunellərdə kondisionerli vaqonlardan istifadə etmək mümkün deyil». Bunu Trendə Bakı metrosunun sözçüsü Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, Sovet dövründə tikilən həmin tunellərin inşası zamanı kondisionerli vaqonlardan istifadə üçün tələb olunan texniki parametrlər nəzərə alınmayıb. Bu səbəbdən də «Dərnəgül»-«Xətai» və «Həzi Aslanov»-«İçərişəhər» xətlərində kondisionerli vaqonlardan istifadə etmək texniki cəhətdən mümkün deyil:

«Kondisionerli vaqonlardan istifadə etmək üçün hazırkı tunellərdə iş aparmaq çox çətindir. Ola bilər ki, texniki parametrləri uyğunlaşdırmaq üçün gələcəkdə bu tunellərdə əlavə işlər görülsün. Nəzərdən keçirilən variantlar arasında təbii ki, bu da var».

Nəsimi Paşayev yeni tikiləcək stansiyalarda bütün texniki parametrlər nəzərə alınacağını bildirir. Vaqondaxili havasızlıqla bağlı şikayətlərə gəlincə, şirkət sözçüsü deyib ki, əslində, metroda güclü ventilyasiya sistemi var və bu sistem işləyir:

«Platformalarda normal hava olur. Tunel və vaqonlardakı havasızlığın aradan qaldırılması - havalandırma sisteminin daha yaxşı işləməsi üçün isə mümkün variantlara baxılır. Bu amili də nəzərə almaq lazımdır ki, metropoliten strateji obyekt olduğundan orada bir dəlik açıb havalandırmanı gücləndirmək mümkün deyil. Bunun üçün böyük əmək və uzun müddət tələb edən işlər aparmaq lazımdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG