Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51

«Mübarizəmiz hələ qurtarmayıb»


Rəhim Qazıyevlə söhbət, 20 sentyabr 2006

Rəhim Qazıyevlə söhbət, 20 sentyabr 2006

«Siz niyə Müdafiə naziri oldunuz? Bəlkə, heç orada olmamalıydınız?»

«Çox adam bu sualı verir ki, Rəhim Qazıyev müəllim idi, niyə getdi müdafiə naziri oldu? Məntiqi sualdır. Amma, mənim hərəkata gəlişimi məqsədi torpaqlarımıza olunan təcavüzlə bağlı idi. Nazir olana qədər 23 il İnşaat Mühəndisləri İnstitutunda işləmişdim. Mən siyasətə vəzifə tutmaq üçün gəlməmişdim…»


«İndiyə kimi fikir mübadilələri gedir ki, necə oldu ki, rus ordusu Azərbaycandan çıxarıldı?» «Mən müdafiə naziri işlədiyim dövrdə Dağlıq Qarabağ ərazisinin 52%-i azad edildi. 164 il Azərbaycanı əzən rus imperiya ordusu Azərbaycandan çıxarıldı. Ordunun təməli qoyuldu və bu gün də ordu həmin strukturla işləyir».


O, Azərbaycan xalq hərəkatının ən tanınmış simalarındandır, haqqında ən çox yazılanlar və söylənənlər sırasında olan bu adamı əvvəl qəhrəman, sonradansa xəyanətkar adlan- dırdılar. 10 il yarım həbsdə olub, bunun 2 ilini güllələmə hökmünün icrasını gözləməklə keçirib. Sonradan cəzası ömürlük cəza ilə əvəz edilib, amma bununla da məsələ bitməyib və nəhayət yerli hüquq müdafiəçilərinin, eləcə də beynəlxalq təşkilatların səyi nəticəsində azadlığa çıxıb. Siyasətə hansısa mövqedən ötəri gəlmədiyini deyir, vaxtında adamları tanımadığına təəssüf- ləndiyini bildirir. «Tanınmış- lar»ın budəfəki qonağı Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevdir


«Mənim dövrümdə Şuşanı müdafiəsiz qoyub tərk edən pod-polkovnik sonradan general-mayor oldu». «11 ay Müdafiə naziri işləmişəm, 11 il mənim ünvanıma danışırlar».


«İndi deyin görək, məndən sonra 1 kvadrat metr ərazimiz azad olunubmu? Mənim vaxtı ilə leytenant, kapitan, mayor rütbəsi verdiyim adamlar, indi general-mayor, general-leytenant olublar. Onlara 2-3 otaqlı evi mən vermişdim, indi hərəsinin 2-3 villası var»
«Müdafiə naziri olanda mənə müəllim deyirdilər. İndi deyin görək, məndən sonra 1 kvadrat metr ərazimiz azad olunubmu? Mənim vaxtı ilə leytenant, kapitan, mayor rütbəsi verdiyim adamlar, indi general-mayor, general-leytenant olublar. Onlara 2-3 otaqlı evi mən vermişdim, indi hərəsinin 2-3 villası var».


«Rəhim bəy, «Şuşa verilərsə başıma güllə vuracağam» deməyinizdən sonradan çox istifadə etdilər?»


«Həmin süjet «ANS»in arxivində var. Mən onu məhkəməyə gətizdirdim. Hadisə belə olub: 16 may 1992-ci ildə gəldim Gəncəyə gördüm ki, mənim hücum üçün saxladığım qoşun hissələrinin təxribat edib aparıblar Bakıya. Mayın 15-də dövlət çevrilişi olmuşdu, onda mən Daşkənddə idim. Başıalovlu gəldim Ali Sovetin qabağına. Gördüm ki, indiki parlamentin və televiziyanın binası əli avtomatlı əsgərlərlə mühafizə olunur. Mitinqdə çıxış edib bildirdim ki, nəyi bayram edirsiniz? Şuşa gedib, Laçın da getmək ərəfəsindədir. Əgər sabah saat 12-yə kimi bu əsgərlər döyüş yerlərinə qayıtmasa mənim bir əlacım qalır burada camaatın qabağında başıma bir güllə vurmaq. Yəni mən «Şuşa getsə başıma güllə vuraram» sözünü işlətməmişəm. Mayın 15-nə kimi artıq Şuşa getmişdi».


«Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından necə çıxarıldınız?»


«1994-cü ildə Heydər Əliyevin mövqeləri hələ tamam möhkəmlənməmişdi. Həmin dövrdə ölüm hökmü çıxarmaq asan məsələ deyildi. Belə plan olub ki, Rəhim Qazıyev və bir neçə nəfər fiziki cəhətdən məhv olmalıdır. Təcridxana Milli Təhlükəsizlik Nazirliyinin 6-cı mərtəbəsindədir. Pilləkənlər işləmir. Hansı qapıya əl vurursan həyəcan siqnalı verir. Mən təcridxanadan çıxıb aşağı düşmək üçün 6 dəmir qapı keçməli və liftdən düşməli idim. Yəni bunlar qeyri-mümkün şeylərdir. Bu hazırlanmış bir plan idi».


«İndi necəsiniz?»


«Şükür Allaha səhhətimdən şikayətim yoxdur. Amma, mübarizəmiz hələ qurtarmayıb. Mənim hakimiyyət uğrunda mübarizə aparmaq fikrim yoxdur. Yalnız torpaqlarımızın azadlığı uğrunda. Bu gün də hansı iqtidarın dövründən asılı olmayaraq, bir əsgər kimi xidmət etməyə hazıram».


«Bəs nədən incimisiniz?»


«Özüm-özümdən incidim ki, bu hərəkatda xəyanəti vaxtında görə bilmədim. Başladığım müqəddəs işləri sona yetirə bilmədim… Mənim üçün çox vacibdir ki, xalq hər şeyi mahiyyətinə qədər bilsin…»


RƏHİM QAZIYEVLƏ SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG