Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:03

Ukrayna Rusiyadan humanitar konvoyu ölkəyə buraxmayacaq


Ukrayna ordusunun sözçüsü avqustun 12-də deyib ki, Qızıl Xaç regionun humanitar yardıma ehtiyacını müəyyən etməyənə qədər Ukraynaya heç bir humanira yardım buraxılmayacaq.

Rusiyanın humanitar yardım aparan 280 yük maşınından ibarət karvanı avqustun 12-də Ukraynaya yola salınıb. Ukraynanın keçmiş prezidenti Kuchma deyib ki, karvanı Şərqi Ukrayna boyu Luhanska qədər ATƏT nümayəndələri müşayət etməlidir.

Rusiya yük maşınlarında ərzaq, dərman, işıq generatorları olduğunu bildirir. Əməliyyata başçılıq edən Qızıl Xaç isə deyir ki, yük maşınlarında nə olduğunu və hara aparıldığını bilmir.

Ukrayna humanitar yardıma hazır olduğunu bildirir, ancaq bir şərtlə ki, bunu Avropa Birliyi, Almaniya, Rusiya və başqaları birlikdə etsinlər və buna Qızıl Xaç rəhbərlik etsin.

XS
SM
MD
LG