Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:28

Filippinli sənətçi Fikrət Əmirovun «Göygöl» mahnısını oxuyacaq


Filippinin opera ifaçısı Lea Salonga

Filippinin opera ifaçısı Lea Salonga

-

Dövlət Opera və Balet Teatrının solisti, xanəndə Vüsalə Musayeva filippinli sənətçiyə ustad dərsi keçəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Vüsalə Musayeva Filippinin məşhur opera ifaçısı Lea Salongaya Azərbaycan mahnısını öyrədəcəyini bildirib:

Xanəndə Vüsalə Musayeva

Xanəndə Vüsalə Musayeva

«2012-ci ildə «San Francisco World Music Festival»ın əsas siması kimi tərəf müqabilim İlkin Əhmədovla «Leyli və Məcnun» tamaşasında çıxış etdik. Bir müddət əvvəl isə həmin festivalın təşkilatçıları məni ustad dərsi keçməyi təklif etdilər. Qürurverici haldır ki, məşhur bir sənətçiyə Fikrət Əmirovun «Göygöl» mahnısını öyrədəcəyəm. Dərslər sentyabrdan başlayacaq və «skype» vasitəsilə aparılacaq. Artıq mahnının notlarını və sözlərini göndərmişəm».

Xanəndə onu da deyib ki, «San Francisco World Music Festival»ın çəkiliş qrupu gələn ay Bakıya gələcək və xanəndə ilə bağlı çəkilişlər aparacaq.

L. Salonganın azərbaycanlı müəllimi haqqında xarici KİV-lərdə məlumatlar yayımlanacaq.

L. Salonga «Göygöl»ü noyabrda keçiriləcək festivalda ifa edəcək.

Xatırladaq ki, L. Salonga məşhur «Mulan» cizgi filmində mahnıları səsləndirən əsas ifaçıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG