Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:35

Serbiyanın müdafiə naziri Azərbaycandadır


Serbiyanın müdafiə naziri Bratislav Gasic

Serbiyanın müdafiə naziri Bratislav Gasic

Avqustun 12-də Serbiyanın müdafiə naziri Bratislav Gasic-in Bakıda səfərdədir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ölkənin yerləşdiyi regionda hərbi-siyasi vəziyyət, təhlükəsizliklə bağlı danışan nazir Zakir Həsənov hər iki dövlətin separatçılıqla üz-üzə qaldığını vurğulayıb.

Bratislav Qasici iki ölkə arasında mühüm strateji əməkdaşlıq, dost və mehriban münasibətlərin mövcud olduğunu deyib. Serbiyalı nazir ölkəsinin hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu bildirib.

Daha sonra Azərbaycanla Serbiya arasında hərbi təhsil, hərbi texniki sahələrdə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

PREZİDENTLƏ GÖRÜŞ

Prezident İlham Əliyev avqustun 12-də Serbiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

Dövlət başçısı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının yaxşı səviyyədə olduğunu vurğulayıb.

Məlumata görə, serbiyalı nazir Serbiyanın böyük dostlarından biri ilə görüşməkdən məmnunluq hissi keçirdiyini deyib və iki ölkə arasında ikitərəfli əlaqələrin heç vaxt indiki kimi yüksək səviyyədə olmadığını bildirib.

Səfər avqustun 13-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG