Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:01

Vəkil Anar Qasımlı avqustun 11-də bu günlərdə həbs edilən insan haqları fəalı İntiqam Əliyevlə görüşüb. O, AzadlıqRadiosuna müdafiə etdiyi şəxsin saxlanma şərəitinin ürəkaçan olmadığını bildirib. Vəkil vəziyyəti belə təsvir edib:

«İntiqam Əliyev hələ də karantində saxlanır. Karantin dedikləri yer cərimə təcridxanasında bir balaca otaqdır. Səkkiz nəfər bapbalaca otaqda. Hamı siqaret çəkir, amma siqaret çəkmək üçün balkon, pəncərə nəzərdə tutulmayıb. Kameranın qapısındakı pəncərə gün ərzində açıq qalmalıdır, amma bağlanır. Temperatur çox yüksəkdir və bütün gün hamısı qan-tər içindədir. Hamam yoxdur, normal tualet də yoxdur. Gündə 2 dəfə 1 saat ərzində su verilir. Günün qalan hissəsi 8 nəfər bir «baçok» suyun ümidinə qalır. Otaq havalanmır. İki balaca nəfəskeş var, onlar açıqdır, amma onlara da tor salınmayıb deyə kamera ağcaqanadla doludur, buna görə də yata bilmirlər. İntiqam müəllim bu müddət ərzində bir dəfə də açıq havaya çıxarılmayıb».

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev avqustun 9-da saxlanılıb, evində, ofisində axtarış aparılıb.

Elə həmin gün qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşma ittihamı irəli sürülərək 3 aylıq həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG