Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:57

Qızıl Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara baş çəkiblər.

Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

H. Həsənov Dağlıq Qarabağda dəfn edilib.

XS
SM
MD
LG