Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

Bakıda ana və övladı 9-cu mərtəbədən özlərini atıblar


Bakının Yasamal rayonunda ana və övladı yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.

APA-nın rayon polisinə istinadla verdiyi məlumata görə, hadisə avqustun 12-si saat 09:30 radələrində baş verib. 46 yaşlı ana ilə 17 yaşlı qızın intihar səbəbləri hələlik məlum deyil.

Polisdən verilən məlumata görə, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızı itkin düşüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Yasamal rayon prokuroru Həsrət Pirməmmədov 9-cu mərtəbədən özünü atan 17 yaşlı qızın intihardan əvvəl məktub yazdığını bildirib. Prokurorun dediyinə görə, o məktubda «Bağışlayın, özümü öldürürəm» sözlərini qeyd edib.

Rayon prokurorunun sözlərinə görə, hadisə baş verən zaman evdə intihar edən qızın atası, anası və dayısı olub. Əvvəlcə qız özünü binadan atıb. Sonradan isə anası binadan düşüb. Ananın hansı şəraitdə binadan düşməsi isə hələlik məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG