Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:11

Ebola virusundan ölənlərin sayı 1000-i keçib


-

Qərbi Afrikada ebola virusundan ölənlərin sayı 1000 nəfəri keçib. Bu barədə BMT-nin səhiyyə agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, avqustun 11-nə qədər Liberiya , Sierra Leone və Qvineyada eboladan 1013 nəfər ölüb. Rəsmilər daha 1848 nəfərin bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirir.

Ölümcül infeksiya sayılan Ebolanın ilkin simptomları yüksək hərarət və boğaz ağrısıdır, virusa yoluxma qusma, diareya, daxili və xarici qanaxma ilə müşahidə olunur.

Xəstəlik Afrikanın qərbində yayılıb.

ABŞ-ın ərzaq və dərman məsələləri üzrə idarəsi bu günlərdə Ebola virusuna qarşı Amerikada hazırlanan eksperimental preparatın istifadəsinə icazə verib. Dərman iki amerikalının üzərində sınaqdan keçirilib. Preparatın qəbulundan sonra ebola virusuna yoluxmuş xəstələrdən birinin vəziyyətində yaxşılaşma müşahidə olunub.

XS
SM
MD
LG