Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:58

Bu il 176 şagird məktəbi qızıl medalla bitirib


-

Təhsil naziri Mikayıl Cabbarov tədrisdə fərqlənən şagirdlərin mükafatlandırılması ilə bağlı əmr imzalayıb.

Nazirliyin yaydığı məlumata görə, bu il təhsili başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.

Ən çox qızıl medala layiq görülənlər Bakı Türk liseyinin məzunlarıdır. 2013-2014-cü tədris ilində bu məktəbi 25 nəfər qızıl medalla bitirib. Qızıl medal sayına görə, ikinci yerdə Şəki məktəbləri gəlir - 18 nəfər. Bakıda ayrı-ayrı məktəblər üzrə qızıl medal alanlar 27 nəfərdir. Naxçıvan məktəblərindən qızıl medalla təltif edilən məzunların sayı isə 14 nəfərdir.

Bu il qızıl medal alan məzunların sayı ötən ilkindən 68 nəfər az olub. Ötən il qızıl medalların sayı 238, gümüş medalların sayı 10 olub. Ötən il qızıl medal alanların arasında Azərbaycan prezidentinin oğlu Heydər Əliyev də olub.

XS
SM
MD
LG