Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:34

«Hökumət sərbəst toplaşmaq azadlığını təmin etməyə borcludur»


AŞ PA-nın həmməruzəçisi Andres Herkel

AŞ PA-nın həmməruzəçisi Andres Herkel

Kütləvi aksiyaların keçirilməsinə icazə verilməyəcəksə, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunu müzakirə etməyə də ehtiyac yoxdur. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bu qənaətdədir. O, Müsavat, AMİP və bir sıra başqa təşkilatların yürüş-mitinq keçirmək müraciətinə Bakı şəhər İcra Hakimiyyətinin verdiyi rədd cavabına münasibət bildirərkən deyib ki, hökumət siyasi qüvvələrin sərbəst toplaşmaq azadlığını təmin etməyə borcludur: «Vətəndaşların sərbəst toplaşmaq hüququ başlıca demokratik prinsiplərdən biridir. Mən bildiyim qədər indi Bakıda siyasi vəziyyət elə təhlükəli həddə deyil ki, kütləvi aksiyaların keçirilməsinə məhdudiyyətlər qoymağa zərurət olsun».


Andres Herkel «Azadlıq» radiosuna açıqlamasında bildirib ki, mövcud «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunda müzakirə etməli məqamlar azdır. Amma, Azərbaycan demokratik ölkə olmaqdan imtina edirsə, bu qanuna ATƏT və Avropa Şurası ilə yenidən baxmağa zərurət yoxdur.


Azərbaycan hökuməti sözügedən sənədin özündə və icrasında bəzi problemlər olduğuna görə, AŞ Venesiya Komissiyasına göndərib. Komissiya və ATƏT «Sərbəst toplaşmaq azadlığı haqqında» qanun haqqında ümumi rəyini oktyabrda açıqlamağa və hökumətlə birgə yaradılmış işçi qrupda müzakirəyə hazırlaşır.


Günün bütün mövzuları

XS
SM
MD
LG