Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:29

Thorbjørn Jagland həbs olunan fəallarla bağlı İlham Əliyevə zəng edib


Thorbjørn Jagland

Thorbjørn Jagland

-

Avqustun 11-də Avropa Şurasının baş katibi Thorbjørn Jagland prezident İlham Əliyevlə telefon danışığından sonra bəyanat yayıb.

«Turan»ın məlumatına görə, bəyanatda bəzi məsələlərlə bağlı razılıq əldə edildiyi bildirilir:

«Telefon söhbətində mən son günlər məşhur hüquq müdafiəçilərinin həbsi ilə bağlı dərin narahatlığımı bildirdim. Biz Prezident Administrasiyasının və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət İşçi Qrupun fəaliyyətinin bərpa edilməsi barədə razılıq əldə etdik. Bu qrup 2003-cü ildə təsis edilmişdi və 2008-ci ilə qədər fəaliyyət göstərdi. Bu qurumun bərpası yaxın günlərdə baş tutacaq və hüquq müdafiəçilərinə qarşı irəli sürülmüş ittihamların yoxlanılması, habelə hakimiyyət və vətəndaş cəmiyyəti arasında dialoqun başlanması üçün yaxşı imkan olacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG