Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:57

-

“Michael Jackson Hollywood-da ən natəmiz adam idi”

Mərhum pop ulduzun ən azı 5 keçmiş xidmətçisi bunu “New York Post” qəzetinə deyiblər.

Adlarını gizli saxlayan keçmiş xidmətçilər iddia edirlər ki, Michael Jackson dəbdəbəli Neverland malikanəsində çirkab içində yaşayar, bəzən hətta təbii ehtiyaclarını ödəmək üçün ayaq yoluna getməyib bunu evin ortasında edərmiş.

“Michael bəzən evin heyvanlar olan hissəsinə gedər və qayıdanda… arxasınca iz qoyardı. Evin dörd bir yanı heyvan nəcisi olar və bu onun vecinə də olmazdı” – deyə keçmiş xidmətçilərdən biri malikanəni təsvir edib: “Bundan şikayət etsən, hədə-qorxu gələrdi ki, p..dan “qartopu” düzəldib sənə atacaq”.

Başqa bir xidmətçi isə məşhur TV aparıcısı Oprah Winfrey-nin 1993-cü ildə pop-ulduzun malikanəsinə gəlişini təsvir edir. Deyir ki, çəkiliş getdiyi vaxt evdə döşəmədən-tavanacan hər şey par-par parıldayırmış. Amma Oprah-nın getdiyi günün səhəri... "Michael giriş qapısının ağzındaca, bir gün əvvəl Oprah-ı qarşıladığı yerdəcə şalvarının qabağını açdı və döşəməyə işədi. Bu, surreal bir mənzərə idi”.

Amma keçmiş xidmətçilər onu da deyiblər ki, pop-ulduzun davranışındakı bu qəribəliklər onun uşaqbazlıqda ittiham edilməsindən, bu səbəbdən də psixoloji sarsıntı keçirməsindən sonra yaranmağa başlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG