Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:44

Ocaq tüstüsündən xilas olmaq arzusuyla yaşayan aşağı kəsəmənlilər


Arxiv fotosu

Arxiv fotosu

“İşi yarı-yarımçıq qoyub gediblər”.

Ağstafanın Aşağı Kəsəmənli kəndində qaz yoxdur. 6 il əvvəl kəndə qaz çəkilsə də, sakinlərin bir qismi mavi yanacağa hələ də həsrətdir. Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə kənd sakinləri danışır.

"HƏR AXŞAM PUL VERİB ODUN YARDIRIRAM"

Elsevər Hacıyevin deməsinə görə, yay-qış odun yandırırlar:

“Yayda heç olmasa gün ərzində 5-10 dəqiqəlik qaz verilir. Qaz olsa, mən ağlımı itirməmişəm ki, hər axşam adam çağırıb, pul verib odun yardırım. Əlil adamam, bu işi görmək mənlik deyil deyə, məcburam hər gün kimdənsə xahiş edəm, gəlib mənimçün pulla odun yarsın”.

Başqa kənd sakini Abdulla Nemətov:

“Qaz xətlərini 6 il əvvəl çəkiblər. Gəl ki, xətt var, qaz yoxdur. Odundan istifadə etmək məcburiyyətindəyik”.

Kənddə azı 700 ev var. Kənd sakinləri düşünürlər ki, bu evlərin qazla təmin olunmamasının səbəbi rayon məmurlarının sadəcə biganəliyidir. Onlar kənddə qazlaşdırma işlərinin yarımçıq qaldığını iddia edirlər:

“Bütün işləri yarımçıq görüblər. Sovet vaxtı qaz xətləri yüzlük borularla çəkilirdi, indi əllilik borulardır. Keyfiyyətsiz, davamsız xətlərdir”.

MƏMURLAR GƏLƏNDƏ QAZ OLUR, GEDƏN KİMİ QEYBƏ ÇƏKİLİR

Başqa sakin:

“Elə ki, rayon mərkəzindən qaz idarəsinin rəisi, ya icra hakimiyyətinin başçısı gəlir, həmin vaxt kəndəq az verilir. Onlar gedən kimi qaz da yoxa çıxır”.

Rayon qaz istismar sahəsindən isə bildirilib ki, bu kəndə qaz çəkilişi ilə bağlı bir neçə il əvvəl tərtib olunmuş layıhə kəndi tam əhatə etməyib. Layihənin yarımçıq qalmasına səbəb boru və başqa avadanlıqların tükənməsi olub. Hazırda işi başa çatdırmaq üçün yeni borular alınıb.

Rayon Qaz İstismar Sahəsindən onu da deyiblər ki, maye qaz tələb edən ailələrin sayı 35-40 civarındadır. Başqa evlər isə normal maye qaz alır. Şikayət gələn ünvanlara gəlincə, bu evlər kəndin kənarında yerləşir və həmin əraziyə daşıyıcı qaz xətti yoxdur. Bu ərazidəki qaz problemini aradan qaldırmaq üçün yaxın vaxtlarda işlərə başlanılacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG