Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:47

Prezident yeni hökumət yaratmağı al-Malikiyə yox, al-Abadiyə tapşırdı


İraq prezidenti Haidar Al-Abadiyə yeni hökumət yaratmağı tapşırıb. Al-Abadi şiələrin nümayəndəsidir və şiələrin əsas parlament bloku – Milli Alyans onu indiki baş nazir Nuri al-Malikinin əvəzinə baş nazirliyiə namizəd irəli sürdü.

Al-Maliki İraqda təriqətlər arasında davanı qızışdırmaqda ittiham olunur. Ancaq sünnilərin, kürdlərin və hətta şiələrin çağırışlarına baxmayaraq istefa vermək istəmir.

O, indiyə kimi ölkə prezidentini də qanunu pozmaqda ittiham edirdi ki, onun namizədliyini hələ də rəsmi olaraq irəli sürməyib.

Prezident Fuad Masum isə hökumətə başçılığı al-Abadiyə tapşırdı.

İraqda qeyri-formal bölgüyə görə, hökumət başçısı vəzifəsinə şiələrin, prezidentliyə kürdlərin, parlament sədrliyinə şiələrin nümayəndəsi seçilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG