Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

İran prezidenti sərt xətt tərəfdarlarına "cəhənnəm olun" deyir


İran prezidenti Hassan Rohani İranın böyük güclərlə nüvə razılaşmasının əleyhinə çıxan sərt xətt tərəfdarlarını kəskin tənqid edib və onları "siyasi qorxaqlar" adlandırıb.

Avqustun 11-də İranın xaricdəki səfirləri ilə görüşən Rohani deyib ki, “biz hər dəfə danışıqlara başlayan kimi onlar başlayırlar əsməyə. Cəhənnəm olun. Orda özünüzə isti yer taparsınız”.

Rohani keçən avqustda prezidentliyə başlayanda Qərblə nüvə danışıqlarına da başladı. Sərt xətt tərəfdarları keçən noyabrda əldə olunan müvəqqəti razılaşmanın əleyhinədirlər ki, İran həddən çox güzəştə gedib.

İran və dünya gücləri hələ yekun razılaşma əldə etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG