Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:49

İran Nabukko layihəsini canlandırmaq istəyir


İran Nabukko kəməri ilə Avropaya qaz ötürməyə hazırdır. Bunu İranın neft nazirinin müavini Ali Majidi bildirib.

O deyib ki, bu yaxınlarda Avropanın iki ölkəsinin nümayəndə heyəti bu məsələ ilə bağlı İrana gəlib.

Majidi deyib ki, Azərbaycanın Şahdəniz yatağı qazı Nabukko kəməri üçün kifayət deyil. Onun sözlərinə görə, Şahdəniz yatağından ildə 8 milyard kub metr qaz çıxarmaq olar, kəmərin gücü isə ildə 23 milyard kub metrdir.

Majidi bildirib ki, bir neçə marşrut var, o cümlədən Türkiyə, İraq, Suriya, Qafqaz və Qara Dənizdən keçən marşrutlar. O deyib ki, ən yaxşı yol Türkiyədən keçən yoldur.

Nabukko layihəsinə hazırlıq 2002-ci ildən gedirdi. 2011-ci ildə isə elan olundu ki, layihənin işə salınması 2018-ci ilədək təxirə salınır. 2013-cü ildə isə bəyan edildi ki, layihə bağlanır və Transadriatik qaz kəməri layihəsinə üstünlük verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG