Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:09

-

ABŞ səfirliyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynovun səfirlik ərazisində sığınacaq tapması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Səfirliyin saytında yayılan məlumata görə, bu cür xəbərlər həqiqətə uyğun deyil:

«Son günlər Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri Emin Hüseynovun ABŞ səfirliyinin ərazisində sığınacaq tapması barədə müəyyən media orqanlarında xəbərlər yayılıb. Bu xəbərlər həqiqətə tamamilə uyğunsuzdur. Emin Hüseynov ABŞ səfirliyində deyil».

Avqustun 8-də polis və mülkigeyimlilər RATİ-nin ofisində axtarış aparıb. Ofisdəki kompüter və sənədlər götürülüb. Avqustun 11-də prokurorluq əməkdaşları ofisin qapısını möhürləyib.

RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu bəlli deyil.

Sosial şəbəkələrdə onların həbs olunması ilə bağlı yayılan məlumatlar hələki rəsmi təsdiqini tapmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG