Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:34

Məhkəmə Arif Yunus haqda çıxardığı həbs qərarını qüvvədə saxlayıb


Politoloq Arif Yunus

Politoloq Arif Yunus

Avqustun 11-də Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı, politoloq Arif Yunusun şikayətinə baxıb. Bu haqda AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib.

Arif Yunusun da iştirak etdiyi prosesdə hakim birinci instansiya məhkəməsinin onun haqqında çıxardığı həbs qərarını qüvvədə saxlayıb.

Avqustun 5-də Leyla Yunusa dərman apararkən saxlanılan Arif Yunus barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib və o, 3 aylıq həbs edilib.

Baş prokurorluğun yaydığı məlumatda deyilir ki, həbslə bağlı olmayan qətimkan tədbiri seçilən tarixdən sonra Arif Yunus bu tədbirin şərtlərini müəyyən edən və ona elan olunmuş cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verib. Politoloq barəsində 3 aylıq həbs qərarının çıxarılması da bununla əsaslandırılır.

Leyla və Arif Yunusovlar əvvəlcə «dövlətə xəyanət»də ittiham olunaraq həbs edilən jurnalist Rauf Mirqədirovun işi üzrə şahid qismində dindiriliblər. İyulun 30-da isə Leyla Yunusa «dövlətə xəyanət» maddəsi də daxil olmaqla 6 ittiham, Arif Yunusa qarşı isə iki ittiham irəli sürülüb. Yunusovlar ittihamları qəbul etmir, həbslərini hökumətin siyasətini tənqid edən fəaliyyətləri ilə əlaqələndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG