Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:34

Amnesty International: «Ölən əfqanlara görə heç yerə müraciət edə bilmirlər»


Amnesty İnternational beynəlxalq insan haqları təşkilatı ABŞ-ın və digər xarici dövlətin qoşunlarının hücumu nəticəsində ölən əfqanların ədliyyəyə nail ola bilməməsi haqda hesabat hazırlayıb. Hesabat Əfqanıstan hökumətini mülki əhalinin qanunsuz öldürülməsinə görə məsuliyyət məsələsini NATO və ABŞ-la gələcəkdə imzalanacaq sazişlərə daxil etməyə çağırır.

Amnesty İnternationaldan David Griffits deyir ki, hesabatda 3 əsas nəticə var: əfqanlar ədalət üçün heç yerə müraciət edə bilmir, xarici qüvvələrin hərbi ədliyyə sistemi bu hadisələrə görə məsuliyyətə cəlb etmir, bütün bunlar əfqanları ədliyyədən kənarda saxlayır.

Amnesty İnternationalın hesabatında deyilir ki, hərbi hücumlarda uşaqlar, hamilə qadınlar həlak olur. Təşkilat hesab edir ki, bu hücuçmların bəziləri hərbi cinayət kimi qiymətləndirilə bilər.

XS
SM
MD
LG