Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

-

«Araz-Naxçıvan» futbol klubu Azərbaycan Premyer Liqasında uğurlu debüt edib. Naxçıvan Muxtar Respublika stadionunda baş tutan oyunda rəqib Bakının «Neftçi» klubu olub. Oyunun birinci hissəsində hesab açılmayıb. İkinci hissənin ilk dəqiqələrində «Araz Naxçıvan» hesabda önə çıxıb. Oyunun sonuna 10 dəqiqə qalmış meydan sahibləri daha iki qol vuraraq 3:0 hesablı qələbə qazanıblar.

Azərbaycan Premyer Liqası builki mövsümə avqustun 10-da start verib.

«Araz» klubu 1967-ci ildə yaradılıb. Klub 1968-ci ildən SSRİ birinciliyinin «B» qrupunda mübarizə aparıb. 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının «A» qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu komanda ilk baş məşqçisi Tofiq Axundov olub. SSRİ dağıldıqdan sonra «Araz» fəaliyyətini dayandırıb. 2001-ci ildə klub yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu cəmi bir il çəkib. 2002-ci ildə «Araz» yenidən fəaliyyətini dayandırıb. Həmin vaxtdan Naxçıvan peşəkar futbolla vidalaşmışdı.

Ötən il yenidən peşəkar futbola qayıdan «Araz» 2-ci dəstədə gücünü sınayıb və turnirin qalibi kimi Premyer Liqaya vəsiqə qazanıb.

XS
SM
MD
LG