Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:22

İran Azərbaycanında yüzdən çox adam həbs olunub


Tələbələr «Azadlıq istəyirik» şüarı qaldırırlar, 2006
Tələbələr «Azadlıq istəyirik» şüarı qaldırırlar, 2006
Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin nümayəndəsi Əlirza Cavanbəxt 23 sentyabrı aksiyalarından sonra İrandakı siyasi vəziyyət barəsində «Azadlıq» radiosuna müsahibə verib.

Cənab Cavanbəxt bildirib ki, sentyabrın 23-də Urmiyanın Xəyyam xiyabanında mitinqdə iştirak etdiyinə görə, bir sıra fəallar həbs olunublar. Onların arasında Məhəmmədhüseyn Purqurbani, Məcid Əlizadə, Firidun Mehdipur, Fərdin Muxtari, Mehdi Cəlali, Əmir Fərəczadə və s. var.


12 dekabr -- «21 azər» hərəkatının ildönümündə də aksiyaların keçiriləcəyi planlaşdırılır. İran təhlükəsizlik qüvvələri hər hansı kütləvi aksiyadan bir neçə ay əvvəl hazırlıq vəziyyətinə gətirilir
Digər fəal Rəsul Cəfəri isə mitinq günü mənzilində həbs edilib. O, İranda nəşr olunan «Yarpaq» dərgisinin yazarlarından və dərginin İdarə Heyətinin üzvlərindən biridir. Həbs edilmiş şəxslərin sentyabrın 26-da Urmiya məhkəməsində işlərinə baxılacaq. Rəsul Cəfəriyə qarşı hansı ittihamların irəli sürüləcəyi bilinməsə də digərlərinin kütləvi iğtişaşlarda iştirak ittihamı ilə cəzalandırılacağı gözlənilir.


Cənab Cavanbəxt onu deyir ki, Təbrizdə aksiyada iştirak edən fəallardan Mustafa Əvəzpur iki qardaşı ilə birgə həbs edilib. Paytaxt Tehranda da mitinq keçirilib, amma orada həbs edilənlərin sayı barədə məlumat verilmir. Zəncanda saxlanılan mühəndis Məcid Nəzəri azad olunsa da, digərinin məhkəməsi gözlənilir. Ümumiyyətlə, 23 sentyabr aksiyalarında iştirak etdiyi üçün, ilkin məlumatlara görə yüzdən çox adamın həbs edildiyi bildirilir.


İranın təhlükəsizlik qüvvələri nəzarəti artırıblar. Hətta, internet xətlərinin izlənildiyi, telefon danışıqlarına qulaq asıldığı barədə məlumatlar var.


Əlirza Cavanbəxt onu bildirir ki, Pişəvəri hökumətinin qurulmasının ildönümü -- dekabrın 12-də də aksiyaların keçiriləcəyi planlaşdırılır. İran təhlükəsizlik qüvvələri hər hansı kütləvi aksiyadan bir neçə ay əvvəl hazırlıq vəziyyətinə gətirilir.


Mehr ayının biri-sentyabrın 23-ü İranda təhsil ilinin ilk günündə İran Azərbaycanının şəhərlərində ana dilinin məktəblərdə tədrisi tələbi ilə aksiyalar keçirilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG