Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:21

-

Bu il ölkə ərazisinə düşən yağıntıların miqdarı az olduğundan su anbarlarına toplanılan su ehtiyatlarından qənaətlə istifadə etmək lazımdır.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Trend-ə deyib ki, bu il Böyük Qafqazın cənub yamacındakı Ağsuçay, Girdimançay, Göyçay, Türyançay ya tam quruyub, ya da onların su sərfi ən minimum həddə düşüb:

«Bu il ölkə ərazisinə yağıntılar çox az düşdüyündən çaylarda azsululuq var. Hətta su anbarlarımızın da su ehtiyatları çox çətinliklə toplanılır».

Azərbaycanın əksər hissəsinin quraq, yəni quru subtropik ərazi olduğunu xatırladan E.Əlizadə qeyd edib ki, bu səbəbdən ölkədə suvarma əkinçiliyi tətbiq edilir. Azərbaycanda suvarma üçün çox böyük əhəmiyyəti olan 140-dən artıq su anbarı var ki, onlardan da suvarma üçün daha əhəmiyyətli və böyük olanı Şəmkir, Yenikənd, Mingəçevir, Bəhramtəpə, Mil-Muğan və s.-dir. Bunlar əsasən, Kür, Araz çayının suyu ilə işləyir:

«Ancaq bu il həm Kürdə, həm də Arazda su sərfi keçən ilə nisbətən xeyli aşağıdır. Düzdür, su anbarlarında qışdan xeyli su ehtiyatı toplanılıb. Ancaq o ehtiyatlardan qənaətlə istifadə etmək lazımdır. Çünki bu il doğrudan da, yağıntıların miqdarı azdır. Ola bilsin ki, payızda yağıntıların miqdarı orta illik göstəriciyə çatacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG