Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:43

Əhməd Davudoğlu yaralanmış Azərbaycan əsgərlərini ziyarət edib


Ahmet Davutoglu

Ahmet Davutoglu

-

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada müalicə olunan yaralı Azərbaycan əsgərlərini ziyarət edib.

APA-nın məlumatına görə, bu barədə Ə. Davudoğlu «Twitter» səhifəsində yazıb.

«Ermənistanın atəşkəs pozması nəticəsində yaralanan və müalicə üçün Türkiyəyə gətirilən Azərbaycan əsgərlərimizi ziyarət etdim. Qonağımız olan Elvin Əsgərov və Sərxan Tahirova tezliklə sağalmalarını arzu edirəm», deyə Ə. Davudoğlu qeyd edib.

Cəbhə bölgəsindəki atışmada yaralanan üç Azərbaycan əsgəri müalicə üçün Türkiyəyə göndərilib. Əsgərlərdən Ədalət Məmmədov Ankara Eğitim ve Araştırma Hastanesi-nə, Elvin ƏsgərovSərxan Tahirzadə Atatürk Eğitim ve Araştırma Hastanesi-nə yerləşdirilib.

Səhiyyə Nazirliyi Təcili Tibbi xidmətin baş direktoru Osman Arıkan Nacar əsgərlərdən birinin həyati təhlükəsinin sovuşmadığı, digərlərininsə durumunun normal olduğunu deyib. Osman Arıkan Nacar vəziyyəti pis olan əsgər 19 yaşlı Sərxan Tahirzadə iki ayağını itirdiyini, digər iki əsgərin qarın içi yaralanmasının olduğunu bildirib. Nacar vəziyyəti pis olan xəstənin bir gözünün amputasiya edildiyini söyləyib.

İyulun 31-dən bəri cəbhə xəttində gedən atışmalarda 15 Azərbaycan əsgəri həlak olub olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG