Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

Səudiyyə Ərəbistanında 4 nəfər münaqişəli ərazilərdə döyüşməkdə təqsirləndirilir


Avqustun 10-da dörd Səudiyyə Ərəbistanı vətəndaşına qarşı xaricdə, münaqişəli ərazilərdə döyüşdüyünə görə ittiham irəli sürülüb.

Səudiyyə hökuməti 2014-cü ildə vətəndaşlarının xaricdə döyüşməsini yasaqlayan qanun qəbul edib, qanunu pozanları 20 ilə qədər həbs cəzası gözləyir.

Paytaxt Riyadda İxtisaslaşmış Cinayət məhkəməsi saxlananlar barəsində 4 aydan 34 aya qədər cəza kəsib. 4 nəfər pasport saxtakarlığında və xarici münaqişələrə qoşulmağa yardımda ittiham olunublar. Məhkəmə ilə bağlı ətraflı məlumat verilmir. Agentlik bildirilir ki, saxlananların Suriya prezidenti Bashar al-Assad rejiminə qarşı cihad döyüşləri ilə əlaqələri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG