Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

Recep Tayyip Erdoğan Türkiyənin prezidenti seçilib [Video]


-

Recep Tayyip Erdoğan Türkiyenin yeni prezidenti seçilib. Bu barədə Türkiyənin Mərkəzi Seçki Kommisiyasının sərdi Sadı Güvən məlumat verib.

Erdoğan səslərin təxminən 52 faizini toplayıb.

Güvən ikinci tura hazırlıqların aparılmaması barədə seçki dairələrinə göstərişin verildiyini bildirib. Seçkilərin tam nəticələri bu gün elan olunacaq.

Erdoğan Türkiyənin ümumxalq səsvermə yolu ilə seçilən ilk prezidentidir. İndiyə qədər prezidenti parlament seçirdi.

Erdoğan Ədalət və İnkişaf Partiyasının sədridir, 2003-cü ildən Türkiyənin baş naziri idi.

Bu arada Azərbaycan prezidenti İlham Əliyev Erdoğanı prezident seçkisindəki qələbəsi münasibətilə təbrik edib. Əliyev və Erdoğan iki ölkə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG