Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:03

Səhiyyə və Stomatologiya sərgiləri başlayır


Sentyabrın 26-da 12-ci Azərbaycan Beynəlxalq Səhiyyə və 1-ci Stomatologiya sərgiləri başlayır. Dörd gün davam edəcək Beynəlxalq Səhiyyə Sərgisində 22 ölkədən 140, Stomatologiya Sərgisində isə 12 ölkədən 35 şirkət iştirak edəcək.


Bu il sərgidə ilk dəfə olaraq dərman, stomatoloji və cərrahi alətlət və tibbi məmulatlar istehsalçılarını təmsil edən Pakistan Milli Qrupu da iştirak edəcək. Bundan başqa, sərgidə əczaçılıq, tibbi avadanlıqlar, optika və oftalmologiya, təcili yardım, gigiyena vasitələri, kosmetologiya və başqa sahələr üzrə məhsul və xidmətlər təqdim ediləcək. Bu il səhiyyə sərgisində ənənəvi bölmələrlə yanaşı, yeni Gözəllik Bölməsi də təqdim olunacaq. Yeni sektorun ekspozisiyasını gözəllik üzrə xidmətlər və estetik salonlar üçün avadanlıq təklif edən şirkətlər və kosmetoloji müalicə müəssisələri təqdim edəcək.


Sərgidə ilk dəfə lizinq xidmətləri təklif edən şirkətlər də iştirak edir. Onlar müasir avadanlıqları lizinq – yəni uzunmüddətli kreditlə almağa kömək edəcək.




XS
SM
MD
LG