Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:12

İrandakı təyyarə qəzasında 38 nəfərin öldüyü təsdiqlənib


Arxiv foto

Arxiv foto

İranda baş verən təyyarə qəzasında 38 nəfərin öldüyü təsdiqlənib. İran rəsmiləri 9 yaralının olduğunu bildirib. İranın Fars agentliyi yazır ki, Mehrabaddan qalxan İran-140 təyyarəsinin pilotunun Ukrayna vətəndaşı olduğunu iddia edilir. Ukrayna XİN-i təyyarədə hər hansı Ukrayna vətəndaşının olamsı fikrini təkzib edib.

52 oturacaqlı İran-140 təyyarəsi Ukrayna texnologiyası ilə İranda istehsal edilib.

Avqustun 10-da Mehrabaddan Tabasa yol alan təyyarə qəzaya düşüb.

Daha əvvəl İran bir neçə təyyarə qəzalarına şahidlik edib. 2009-cu ildə Rusiya istehsalı olan təyyarə İranda qəzaya uğrayır. Bu zaman təyyarənin göyərtəsindəki 168 nəfər ölür. 2011-ci ildə Iran Air Boeing 727 təyyarəsi təcili eniş edən zaman qəzaya uğrayır və 80 nəfər yaşamını itirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG